Peterburqda yenidən partlayış olub

Peterburqda yenidən partlayış olub
  14 Aprel 2017    Oxunub:1485
Rusiyanın Sankt-Peterburq şəhərində partlayış baş verib.
AzVision.az Rusiya KİV-lərinə istinadən bildirir ki, partlayış Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Rusiya   Peterburq   Partlayış  





Xəbər lenti