`Milli Şura indi də Qərbə sığınır`

`Milli Şura indi də Qərbə sığınır`
  29 Avqust 2013    Oxunub:1178
`Milli Şura bundan sonrakı fəaliyyətini Qərbin maraqlarına uyğun quracaq`.
Bunu AzVision.az-a Azərbayacan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin London səfərini şərh edərkən deyib.

Partiya sədri bildirib ki, Rüstəm İbrahimbəyov variantında Milli Şura Rusiyanın proyekti kimi işləyirdisə və onun seçkiyə qoşulması Rusiyanın iradəsindən asılı idisə, bu gün Cəmil Həsənli nisbətən müstəqil adamdır. Buna görə də Milli Şuranın bundan sonrakı fəaliyyətinin də Qərbin maraqlarına uyğun qurması naminə bu cür addımlar atdı.

`Bu, bir jestdir. Bugünə qədər Milli Şura ilə bağlı heç bir Avropa, Amerika ölkəsinə isti münasibət göstərilmirdi. Amma indi seçkiqabağı bir jest kimi Milli Şuraya daxil olan Avropa yönümülü müxalifətin bir siyasəti kimi dəyərləndirilməlidir. Bu səfər kim tərəfindən, necə hazırlanıb deyə bilmərəm. Çünki burada müxtəlif təşkilatların adları hallanır. Mənə elə gəlir ki, səfər Azərbaycanda olan müəyyən siyasi qüvvələrin xaricdə yaşayan nümayəndələri tərəfindən həyata keçirilir`.

S.Cəlaloğlunun sözlərinə görə seçkiqabağı müxalifətin bir blokunun nümayəndəsinin dəvət edilməsi əksinə Azərbaycanın daxili işinə qarışmaq kimi dəyərləndirilə və bunun da siyasi nəticəsi yaxşı olmaya bilər.

`Düşünürəm ki bu qeyri-rəsmi şəkildə həyata keçiriləcək bir nəzaəkət görüşüdür. Əsasən bu görüşün təşəbbüsü ingiltərədən yox, Mili Şuranın özündən gəlib. Bu görüşün nəticəsi nə ola bilər ki ?`-deyə S. Cəlaloğlu səfərin böyük dəyişikliyə səbəb olmayacağını bildirib.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti