Ermənistanda nə dəyişəcək? - Sarkisyanın yeni ssenarisi

Ermənistanda nə dəyişəcək? - Sarkisyanın yeni ssenarisi
  14 Aprel 2017    Oxunub:2186
Böyük saxtakarlıqla keçirilən parlament seçkilərindən sonra, Ermənistanın siyasi qüvvələri İrəvan şəhər meri vəzifəsini ələ keçirmək üçün seçkilərə hazırlaşır. AzVision.az xəbər verir ki, siyasi ittifaqlara nəinki hazırkı təyinatlar məsələsi, o cümlədən 2018-ci ildən sonra Ermənistan hakimiyyətinin hansı şəkildə formalaşacağı da olduqca maraqlıdır.
Belə ki, həmin zaman Sarkisyanın prezident kimi səlahiyyət müddəti başa çatacaq və Ermənistan tamamilə parlament sisteminə keçəcək. Bu baxımdan Ermənistan siyasi qüvvələrini yalnız bir sual maraqlandırır - Serj Sarkisyan hansı vəzifəni tutacaq, Karen Karapetyanın siyasi kariyerası yekunlaşacaqmı?

Məlumatlara görə, Sarkisyan ölkənin birinci və ikinci əsas vəzifələri üçün maraqlı bir ssenari düşünüb. Yeni ssenariyə görə, Serj Sarkisyan hakimiyyətdən və siyasətdən uzaqlaşmayacaq, əksinə baş nazir vəzifəsini tutacaq. Bu halda Karen Karapetyan isə Sarkisyanın birinci müavini təyin ediləcək, sırf iqtisadi islahatlardan məsul olacaq.

Beləliklə səfalət içində boğulan Ermənistan Respublikaçıların seçki kampaniyasında olduğu kimi “Təhlükəsizlik (Sarkisyan) və Tərəqqi (Karapetyan)” şuarını “reallaşdırmağa” çalışacaq.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti