Erməni siyasi məhbus aclıq aksiyası keçirir

Erməni siyasi məhbus aclıq aksiyası keçirir
  14 Aprel 2017    Oxunub:1402
19 iyul Sari Tağda baş verən hadisələr zamanı həbs edilən erməni siyasi məhbus Hraçya Boyacyan artıq 10 gündür ki, aclıq aksiyası keçirir.
AzVision.az xəbər verir ki, bu barədə News.am-a müsahibəsində onun yaxınları deyib.

Siyasi məhbusun həyat yoldaşı Narine Qazaryan onun azad edilməsi üçün aclıq aksiyasına başladığını bildirib.

Xatırladaq ki, Ermənistanda “Sasna Tsrer” hadisələrinə görə tutulan və eyniylə Boyacyan kimi uzunmüddətli aclıq aksiyasi keçirən siyasi məhbus Artur Sarkisyan bir müddət əvvəl ölüb. Onun ölümü Ermənistanda etirazlara səbəb olmuşdu.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Məhbus   Aclıq  





Xəbər lenti