Erməni daşnaq bir şüşə konyaka deputat seçilib

Erməni daşnaq bir şüşə konyaka deputat seçilib
  14 Aprel 2017    Oxunub:7576
Ermənistanın Şirak vilayətində, 11 saylı seçki məntəqəsində Daşnak partiyasından namizədliyi irəli sürülən və nəticədə saxtakarlıqla parlamentə deputat seçilən, Şirakın keçmiş vilayət rəhbəri Romik Manukyan öz fotolarını "Hağtanak" brendli konyaka vurdurub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, konyak şüşəsinin arxasında Daşnakların loqosu, üzərində isə 10 sayı qeyd edilib. Romik Manukyan gülünc doğuran fotosunu "Facebook" səhifəsində paylaşıb.

İddia edilir ki, Manukyan bu addımı təbliğat məqsədilə atıb. Buna baxmayaraq erməni deputatının "qeyri-adi" təbliğatı Ermənistan cəmiyyətində heç də xoş qarşılanmayıb. Görünür, erməni daşnak öz qələbəsini konyakla ifadə etməyi qərara alıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Daşnak  





Xəbər lenti