"ABŞ Suriyanın suverenliyinə hörmət etməlidir" - Lavrov

"ABŞ Suriyanın suverenliyinə hörmət etməlidir" - Lavrov
  14 Aprel 2017    Oxunub:1375
ABŞ-ın raket zərbələri Suriyada hakimiyyəti dəyişmək və sülh prosesinin pozulmasına yönəlib.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran və Suriya xarici işlər nazirləri Məhəmməd Cavab Zərif və Valed Müallimlə keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu cəhdləri uğurla nəticələnməyib:

“Rusiya Suriyanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət daxil olmaqla, istisnasız olaraq bütün tələblərin ciddi şəkildə yerinə yetirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin yerinə yetirilməsini tələb edir. Hamı üçün aydındır ki, beynəlxalq hüququn pozulması yolverilməzdir”, - nazir bildirib.

Lavrov qeyd edib ki, rəsmi Moskva, Dəməşq və Tehran israr edir ki, ABŞ Suriyanın suverenliyinə hörmət etməlidir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   ABŞ   Suriya   İran  





Xəbər lenti