UEFA "Lion" və "Beşiktaş"ı cəzalandıra bilər

UEFA "Lion" və "Beşiktaş"ı cəzalandıra bilər
  15 Aprel 2017    Oxunub:2138
UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” oyununda iki klubun azarkeşləri arasında baş verən dava ilə bağlı araşdırma aparılır.
AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Lion” klubuna azarkeşlərin meydana yad cisimlər atdıqları, meydana girdikləri və məşəl yandırdıqları, "Beşiktaş"a isə azarkeşlərin meydana yad cisimlər atdıqları və məşəl yandırdıqları səbəbiylə intizam işi açılıb.

Bundan başqa klublar arasında İstanbulda baş tutacaq cavab qarşılaşması tərəfdarsız keçirilə bilər. Buna səbəb “Lion” klubunun cavab qarşılaşmasının azarkeşlərsiz keçirilməsi ilə UEFA-ya müraciət etməsidir. UEFA müraciəti müsbət cavablandırsa, matç azarkeşsiz keçiriləcək.

Kənan Məmmədov
AzVision.az



Teqlər: UEFA   Beşiktaş   Lion  





Xəbər lenti