Qanunsuz yoxlamalara son qoyuldu
Qanun sahibkarların obyektlərinin dövlət orqanları tərəfindən yoxlanılması prosedurunu dəqiq müəyyən etməklə bu sahədə yol verilən nöqsanların tam aradan qaldırılmasına, korrupsiyaya şərait yaradan sui-istifadə hallarına yol verilməməsinə xidmət edir.
Belə ki, yoxlama aparan orqanın hansı halları yoxlamalı olduğu dəqiq müəyyən edilmiş, yoxlamanın sahibkarın daxil olduğu risk qrupuna uyğun olaraq dəqiq müddəti və intervalı, yoxlama prosesinin şəffaflığı və digər məsələlər dəqiq təsbit edilib.
hər bir dövlət orqanı sahibkarın obyektində yoxlama aparması üçün qabaqcadan vahid elektron məlumat sistemində yoxlamanın məqsədi, müddəti barədə məlumat yerləşdirir və yalnız məlumatda göstərilən konkret halları yoxlamaqla nəticəsi barədə qərar qəbul edə bilər.
Bundan əlavə Qanunda yoxlama aparan orqanın əməkdaşına dair tələblər, onların qiymətləndirilməsi meyarları, sahibkarların risk qrupuna daxil edilməsi qaydaları və sahibkarların mənafelərinə uyğun digər tələblər müəyyən edilib.
AzVision.az