Xaçaturovu kim əvəz edəcək? - Sarkisyan kadr axtarır

Xaçaturovu kim əvəz edəcək? - Sarkisyan kadr axtarır
  15 Aprel 2017    Oxunub:1360
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Yuri Xaçaturovun dünən KTMT-nin baş katibi vəzifəsinə seçilməsindən sonra onun yerinə kimin təyin olunacağı məsələsi gündəmə gəlib. AzVision.az erməni KİV-lərinə istinadən bildirir ki, cari ilin əvvəlində təyinat məsələsi gündəmə gələn zaman Artur Bağdasaryan prezident Serj Sarkisyana mesaj yollayaraq işə geri qayıtmağa hazır olduğunu bildirmişdi.
Lakin, Sarkisyan ona cavab verməmişdi. Görünür, Serj Sarkisyanın planında Artur Bağdasaryana yer yoxdur.

Hökümətdəki mənbələrə görə, Təhlükəsizlik Şurasının katibi üçün ən çox ehtimal edilən namizədlərdən biri KTMT və NATO çərçivəsində yaxın əlaqələrə malik olan fövqəladə hallar naziri Davit Tonoyandır.

Nəticədə, yeni hökümətin formalaşmasından sonra Davit Tanoyanın fövqəladə hallar naziri vəzifəsində olmayacağı və dərhal Təhlükəsizlik Şurasının katibi təyin ediləcəyi istisna edilmir.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti