Cəbhədə gərginlik : erməni əsgəri yaralanıb
AzVision.az ermənistan mətbuatına istinadən xəbər verir ki, Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə nazirinin yaydığı məlumata görə, hadisə ötən gün hərbi hissənin şimal istiqamətindəki məntəqələrdən birində baş verib.
Atışma nəticəsində 1994-cü il təvəllüdlü erməni hərbiçisi Arşak Mkrtçyan yaralanıb. Əsgərin vəziyyəti qənaətbəxşdır. Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün tədqiqat aparılır.
AzVision.az
Teqlər: