Cəmil Həsənli, yoxsa İbrahimbəyov?

Cəmil Həsənli, yoxsa İbrahimbəyov?
  29 Avqust 2013    Oxunub:1148
Xəbər verdiyimiz kimi bu gün Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasının (MSK ) qərarı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlayacaq. Məhkəmə İbrahimbəyovun xeyrinə qərar çıxararsa, Milli Şura onun namizədliyinin dəstəklənməsi məsələsinə yenidən baxa bilərmi? Belə olan halda Şura Rüstəm İbrahimbəyovu, yoxsa Cəmil Həsənlini dəstəkləyəcək?
Bu suala cavab olaraq Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər AzVision.az-a açıqlamasında bildirdi ki, bu barədə Milli Şura müzakirə aparmalıdır : `Milli şuranın müzakirəsindən sonra qəti fikir söyləmək olar. Məsələnin bəzi texniki tərəfləri var ki, onları mütəxəssislərlə məsləhətləşmək lazımdır. Biz Milli Şuranın üzvüyük və Şuranın qərarlarına hörmətlə yanaşırıq . Qurumun qərarı necə olcaqsa, biz də o cür hərəkət edəcəyik`.

Qeyd edək ki, MSK , Azərbaycan Konstitutsiyasının tələblərinə əsasən ikili vətəndaşlığı olduğuna görə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb. R. İbrahimbəyovun vəkili Fuad Ağayev isə MSK-nın qərarı ilə razılaşmayan R. İbrahimbəyovun Apelyasiya məhkəməsinə şikayət edəcəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti