Erməni ekspert aprel məğlubiyyətinə görə Xaçaturovu ittiham etdi

Erməni ekspert aprel məğlubiyyətinə görə Xaçaturovu ittiham etdi
  17 Aprel 2017    Oxunub:2343
"Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsinə təyin edilməsində bir çox məqsədlər var. Əgər Rusiyanın yenidən Birləşmiş Ştatlar və ya Türkiyə ilə problemləri olarsa, bu təyinat Moskva üçün böyük əhəmiyyət kəsb edəcək. Əsas odur ki, MDB çərçivəsində, sözdə birliyin yaradılması üçün son aylarda Belarus və Qazaxıstanla problemlər yaşanırdı. Nəticədə bu ölkələrin münasibətlərini yoxlamaq üçün Ermənistan nümayəndəsinin təyinatı məsələsi qaldırıldı"
AzVision.az xəbər verir ki, bu barədə "1in.am" saytına müsahibəsində Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, bu təyinat Ermənistan üçün müsbət olmayacaq. "Təbii ki, bu pis haldır. Ermənistandan yenidən bu ölkələrlə münasibətləri aydınlaşdırmaq üçün istifadə edirlər. Digər tərəfdən isə Xaçaturov aprel müharibəsi zamanı özünü çox pis göstərib. Onun imza atdığı atəşkəs Ermənistanın ziyanına, Moskva və Azərbaycanın isə xeyrinə oldu. Onun hazırda necə davranacağını deyə bilmərəm, hər halda bəyanatlarından görünür ki, Xaçaturov Rusiyanın maraqlarına işləyəcək"

Erməni ekspert əlavə edib: "Ermənistan bu məsələdə öz suverenliyini itirir və böyük təhlükələrə cəlb edilir".




Teqlər: Xaçaturov   Ermənistan   Apreldöyüşü  





Xəbər lenti