Milli Şurada pul söhbəti

Milli Şurada pul söhbəti
  29 Avqust 2013    Oxunub:1337
"EL" hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov "EL" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevə ağır ittihamlar səsləndirib.

Ə.İbrahimov bildirib ki, Eldəniz Quliyev də "EL" hərəkatından çıxmağı planlaşdırıdı: "Mən "El" hərəkatından çıxandan bir-iki gün sonra Eldəniz Quliyev mənə zəng elədi ki, Əflan müəllim, sən niyə bəyanatı mənsiz verdin, axı mən də səninlə danışmışdım ki, qurumdan çıxmaq barədə birgə bəyanat verək, niyə sən tələsdin? Mən də dedim ki, siz aparıb bizi cəbhəçilərə bağlayırsınız, Cəmil Həsənliyə səs verirsiniz, hansı ki, 20 ildən yuxarı Əli Kərimlinin müavini olub. Ona görə də mən də gördüm ki, siz düzgün hərəkət etmirsiniz".

Ə.İbrahimovun sözlərinə görə, o zaman Eldəniz Quliyevin narazılığı var idi ki, Eldar Namazov ona az pul verir: "Ancaq indi mən elə şərait yaratdım ki, Eldar Namazov Eldəniz Quliyevi maliyyələşdirsin ki, o da ordan uzaqlaşmasın".

Ə.İbrahimov, həmçinin Eldar Namzovun mətbuata verdiyi bəyanatlara da münasibət bildirib: "Eldar Namazov deyir ki, "EL" hərəkatı ilə bağlı səslənən iddialar hamısı yalandır, o deyib ki, mən Əflan İbrahimovu tanımıram. Ancaq mən bir neçə şəkillərlə sübut ortaya qoydum ki, Eldar Namazovla iclaslarda bir yerdə olmuşuq. "EL"-i yaradan mən, ilk dəfə bu ideyanı verən mən, Eldar Namazov indi gəlib özünü atıb ortalığa. Rüstəm İbrahimbəyov mənə dedi ki, Əflan müəllim, icazə ver qurumun rəhbəri Eldar olsun, mən də icazə verdim".(trend)


Teqlər:





Xəbər lenti