ABŞ-ın vitse-prezidentindən müharibə hədəsi: "Səbrimiz tükənib..."

ABŞ-ın vitse-prezidentindən müharibə hədəsi: "Səbrimiz tükənib..."
  17 Aprel 2017    Oxunub:2025
Donald Trampın rəhbərlik etdiyi Ağ Ev Administrasiyası Şimali Koreyaya qarşı “strateji səbirlilik” siyasətini davam etdirmək niyyətində deyil. AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
Pens vurğulayıb ki, ABŞ Koreya yarımadasında dinc vasitələr və danışıqlar yolu ilə təhlükəsizliyi təmin etmək niyyətindədir: “Buna baxmayaraq, biz bütün variantları nəzərdən keçiririk”.

ABŞ-ın vitse-prezidenti qeyd edib ki, Vaşinqtonun rəsmi Seul önündə götürdüyü tərəfdaşlıq öhdəlikləri sarsılmazdır: “Amerika həmişə sülh istəyir, lakin həmişə sülhə güc yolu ilə nail olub”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   KimÇenIn  





Xəbər lenti