34 dərəcə isti olacaq

  29 Avqust 2013    Oxunub : 532
34 dərəcə isti olacaq
Avqustun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.

Rayonlarda avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə böyük dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

AzVision.az

Teqlər: