"Belə seçkini heç Avropada görməmişik" - Deputat Əmiraslanov
Seçkiləri müşahidə edən millət vəkilləri bildirib ki, Türkiyədə seçkilər ölkə qanunlarına və beynəlxalq standartlara uyğun keçirilib. Qeyd olunub ki, səslərin sayılması prosesi də son dərəcə şəffaf həyata keçirilib.
Seçki zamanı qanundan kənar bir hala rast gəlmədiklərini, ədalətli və obyektiv seçkinin keçirildiyini deyən azərbaycanlı millət vəkili Ə. Əmiraslanov bildirib ki, alınan nəticələr real və obyektivdir: “Seçkiyə maraq böyük idi və vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdiriblər. Başqa ölkələrdə, hətta Avropa ölkələrində seçkidə belə bir fəallığı heç vaxt görməmişik”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: TürkPA Türkiyə Referendum