İbrahimbəyov Dağıstana film çəkməyə gedibmiş

  29 Avqust 2013    Oxunub : 332
İbrahimbəyov Dağıstana film çəkməyə gedibmiş
"Yeni Müsavat"ın əməkdaşı Rüstəm İbrahimbəyovla telefon əlaqəsi yardıb. Kino-dramaturq, Mlli Şuranın sədri bildirib ki, onun Dağıstanda səfərdə olması barədə xəbər doğrudur.

Rüstəm İbrahimbəyov ölkəmizin şimal qonşuluğuna gəlişinin səbəbinin siyasətlə bağlı olmadığını, Dağıstanın böyük şairi, MDB məkanında böyük şöhrətə malik ziyalısı Rəsul Həmzətova həsr olunan filmin çəkilişi üçün gəldiyini bildirib.

R.İbrahimbəyov deyib: “Rəsul Həmzətovun 90 illik yubileydir. Onun barəsində mənim kino şirkətim film çəkir. Filmin ssenari müəllifi mənəm. Bir aydan artqıdır ki, çəkilişlər gedir. Mən də bir neçə günlüyə gəldim ki, baxım görüm nəticələr necədir. Bu gün Moskvaya qayıdacağam”.

Rüstəm İbrahimbəyov Dağıstan prezidenti Ramazan Abdullatibovla görüşünün əvvəldən planlaşdırılmadığını əsas göstərərək onunla görüşməyib: “Mən buraya film çəkilişi üçün gəlmişəm”.

Teqlər: