Peterburq terrorunun təşkilatçısı tutuldu

Peterburq terrorunun təşkilatçısı tutuldu
  18 Aprel 2017    Oxunub:1275
Sankt-Peterburq metrosunda törədilən partlayışın təşkilatçılarından olan Abror Əzimov saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, xüsusi əməliyyat Odintsovo dəmir yolu stansiyası yaxınlığında keçirilib. Məlumata görə, 1990-cı il təvəllüdlü Əzimov terror hadisəsini törədən Əkbərcon Cəlilovu terrora hazırlayıb.

Hazırda Abror Əzimov Rusiya İstintaq Komitəsində dindirilir.

AzVision.az


Teqlər: Rusiya   Terror  





Xəbər lenti