Namazov Baş Prokurorluğa çağırıldı

Namazov Baş Prokurorluğa çağırıldı
  29 Avqust 2013    Oxunub:1231
Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov avqustun 29-da saat 15:00-a Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə çağırılıb.
Eldar Namazov bu barədə mətbuata məlumat verdikdən bir qədər sonra Baş Prokurorluq da “EL” hərəkatının rəhbəri Eldar Namazovun Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə idarəyə dəvət edilməsi ilə bağlı rəsmi məlumat yayıb.

AzVision.az-a bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Qeyd edək ki, Ə.İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.


Teqlər:  





Xəbər lenti