Ərdoğan yenidən AKP-yə qayıdır - 980 gündən sonra
“26-27 aprelə kimi yükun nəticələr açıqlanarsa, dərhal partiyamızı şərəfləndirməsi üçün ölkə başçısına dəvət göndərəcəyik. Ərdoğanın AKP-yə dönməsindən şərəf və qürur duyuruq”
M.Elitaş Ərdoğanın yenidən sədr seçilməsi üçün qurultayın keçiriləcəyini istisna etməyib. Onun sözlərinə görə, qurultayın vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, konstitusiya dəyişikliyindən əvvəl Türkiyədə prezidentliyə namizədlərin partiya üzvü olması qadağan idi. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-dən ayrılmalı olmuşdu. O, 980 gündür ki, AKP-dən uzaqlaşıb.
Bəxtiyar Məmmədov
AzVision.az