“Youthvision” II Bakıda keçiriləcək

  18 Aprel 2017    Oxunub : 770
“Youthvision” II Bakıda keçiriləcək

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Bakı şəhərində altında “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqə 21 aprel 2017-ci il tarixdə “Elektra Events Hall”-da “Həmişə Gənc” şüarı altında təşkil ediləcək.

Qeyd edək ki, “Youthvision” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildəyouthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.

Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.

Müsabiqəyə ümumilikdə xarici ölkələrədən iştirakçılar, münsiflər və onları müşaiyət edən şəxslər qismində 80-90 nəfər nümayəndənin gəlişi gözlənilir.

Aytən Zəhra
AzVision.az

Teqlər: Youthvision   Bakı