Fransada seçkidən əvvəl terror olacaqdı

Fransada seçkidən əvvəl terror olacaqdı
  18 Aprel 2017    Oxunub:1000
Fransada seçkiqabağı kampaniyanın bitdiyi gün terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, şübhəli şəxslər səhər saatlarında Marsel şəhərində tutulub. Qeyd olunub ki, onlardan biri 1987-ci, digəri isə 1993-cü il təvəllüdlüdür.

Fransanın axili işlər nazirliyi faktı təsdiq edib.

Məlumata görə, saxlanılan şəxslər radikal baxışlarına görə, Fransanın xüsusi xidmət orqanları tərəfindən izlənilirmiş.

Qeyd edək ki, Fransada prezident seçkiləri iki mərhələdə keçiriləcək.

AzVision.az


Teqlər: Fransa   terror  





Xəbər lenti