Sarkisyanla baş nazir arasında ziddiyyət - Yeni sədr kim olacaq?

Sarkisyanla baş nazir arasında ziddiyyət - Yeni sədr kim olacaq?
  18 Aprel 2017    Oxunub:1567
Ermənistan parlamentinin spikeri vəzifəsinə kimin təyin ediləcəyi hələ də müzakirə mövzusu olaraq qalır. AzVision.az xəbər verir ki, məlumatlı mənbələrdən "Joğovurd"a verilən məlumata görə, Ermənistan parlamentinin sədri, o cümlədən parlamentin vitse-spikerləri, parlamentin daimi komissiyasının sədri vəzifələrinə təyinat məsələsi bu günlərdə Sarkisyan və baş nazir Karen Karapetyan arasında müzakirə olunub.
Məlumatalara görə, onlardan hər biri öz namizədlərini təqdim edir və bu məsələdə yekun razılığa gələ bilmirlər. Biri, Ermənistan parlamentinə ən yaxşı sədr kimi deputat Karen Karapetyanı, digəri isə Eduard Şarmazanovu görür.

Bildirilir ki, Sarkisyan və Karapetyan arasında ümumi razılığın olmamasına baxmayaraq, Karapetyanın öz komandası daxilində, yəni nazirlər arasında bəzi süpriz dəyişikliklər etməyi planlaşdırır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti