Prezident nümayəndə heyəti ilə görüşdü

Prezident nümayəndə heyəti ilə görüşdü
  29 Avqust 2013    Oxunub:1042
Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla, Sloveniyanın müdafiə naziri Roman Yakiç və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, prezident Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, informasiya-kommunikasiya texnologiyaları, sərmayə qoyuluşu, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti