ABŞ İranla nüvə razılaşmasına yenidən baxacaq
Eyni zamanda dövlət departamenti nümayəndələr palatasının spikeri Pol Rayana ünvanladığı məktubda bildirib ki, aprelin 18-nə olan vəziyyətə görə, razılaşmaya uyğun olaraq İran öz öhdəliklərinə əməl edir.
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. Lakin İranın yanvarın 29-da keçirilən yeni ballistik raketin sınağı ABŞ-ın bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi ilə nəticələnib.
AzVision.az