İbrahimbəyovun şikayətinə sabah baxılacaq

İbrahimbəyovun şikayətinə sabah baxılacaq
  29 Avqust 2013    Oxunub:1075
`Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasına qarşı iddiasina sabah baxılacaq`.
Bunu AzVision.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev deyib :

`Günün birinci yarısında Rüstəm İbrahimbəyovun adından MSK-ya qarşı həmin qurumun qərarının ləğvi barədə iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinə göndərdim. Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hilal Xəlilovun katibi mənə telefonla məlumat verdi ki, iddiaya adıçəkilən hakimin sədrlik etdiyi məhkəmə tərkibi sabah saat 17.00-da baxacaq`.

Qeyd edək ki, MSK, Azərbaycan Konstitutsiyasının tələblərinə əsasən ikili vətəndaşlığı olduğuna görə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb. Vəkil Fuad Ağayev MSK-nın qərarı ilə razılaşmayan İbrahimbəyovun Apelyasiya məhkəməsinə şikayət edəcəyini bildirib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti