MSK-nın qərarına dəyişikliklər edilib

MSK-nın qərarına dəyişikliklər edilib
  29 Avqust 2013    Oxunub:930
Mərkəzi Seçki Komissiyası səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydalarını müzakirə edib.
AzVision.az xəbər verir ki, bildirişlərin sayı daimi seçicilərin sayına görə, həmin saydan 3% artıq olmaqla təsdiq edilməlidir.

Səsvermənin yeri və vaxtı barədə bildirişlərin mətni təsdiq edilib.

Qərarda göstərilir ki, 5 mindən 150 minədək bildiriş Milli Məclisin mətbəəssində dərc olunsun.

İclasda həmçinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdnində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı Qərarına dəyişiklik edilib.




Teqlər:  





Xəbər lenti