Məmməyarov Lavrov və Nalbandyanla görüşə bilər - Video

Məmməyarov Lavrov və Nalbandyanla görüşə bilər - Video
  19 Aprel 2017    Oxunub:2412
Rusiya xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat üçün həftəlik brifinq keçirib.
AzVision.az xəbər verir ki, qadın diplomat dünyada baş verən əsas hadisələr barədə jurnalistlərin suallarına cavab verib.

Zaxarova Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüş keçirməsinin mümkünlüyü barədə danışıb. O, bildirib ki, görüşün keçirilməsi ehtimalı var: "Hələlik konkret olaraq heç nə yoxdur. Bu barədə məlumat olan kimi bildirəcəyik".

M.Zaxarova, həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə aprelin 26-da keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.

M. Zaxarova Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı ünvanlanan sualı cavasız qoyub: “Bunula bağlı geniş izahat veriləcək”



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   XİN   DağlıqQarabağ  





Xəbər lenti