TQDK-dan abituriyentlərə xəbərdarlıq

TQDK-dan abituriyentlərə xəbərdarlıq
  29 Avqust 2013    Oxunub:958
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin nəzərinə!
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 4-dək qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcəkdir.


Teqlər:





Xəbər lenti