Sərdar Cəlaloğlunun sənədləri MSK-da

Sərdar Cəlaloğlunun sənədləri MSK-da
  29 Avqust 2013    Oxunub:1000
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan prezidentliyinə namizəd olmaq üçün bu gün sənədlərini MSK-ya təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov qeyd edib ki, bununla da müraciətlərin sayı 22-ə çatıb. Onlardan 19-nun namizədliyi təsdiqlənib.

Müşahidəçilərdən 156 nəfərin müraciəti qəbul edilib. Ümumilikdə isə seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün 288 müraciət daxil olub.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti