Vəzifəli şəxs rüşvət alarkən tutuldu

Vəzifəli şəxs rüşvət alarkən tutuldu
  19 Aprel 2017    Oxunub:2508
Ukraynanın Lvov şəhər aeroportunun baş direktorunun müavini rüşvətə görə saxlanılıb. Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko məlumat yayıb.
O, bildirib ki, Lvov beynəlxalq aeroportunun baş direktorunun müavini 40 min qrivin rüşvət alan zaman tutulub.

Məlum olub ki,baş direktorun müavini bu pulu aeroportun təmiri zamanı alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Ukrayna   Rüşvət   Həbs  





Xəbər lenti