Türkiyə müxalifətinə rədd cavabı verildi

Türkiyə müxalifətinə rədd cavabı verildi
  20 Aprel 2017    Oxunub:1978
Türkiyə Ali Seçki Komissiyası (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı müxalifət partiyaların müraciətinə baxıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün YSY-da müraciət əsasında iclas keçirilib. Qərara alınıb ki, referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətlər rədd edilsin.

Qeyd edək ki, Türkiyədə aprelin 16-da konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib. Seçkinin nəticələrindən narazı qalan Cümhuriyyət Xalq Partiyası (CHP), HDP və Vətən partiyası Ali Seçki Komissiyasına müraciət edib.

AzVision.az


Teqlər: Türkiyə   Referendum   Seçki  





Xəbər lenti