AMİP seçkilərə qatılmayacaq

AMİP seçkilərə qatılmayacaq
  29 Avqust 2013    Oxunub:1033
Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 9 oktyabr 2013-cü il tarixli prezident seçkilərində iştirakdan imtina edib. Bu barədə partiyanın sədri Yusif Bağırzadə məlumat verib.

“Milli İstiqlal Partiyası bu il keçiriləcək prezident seçkilərinə qatılmayacaq. Hesab edirik ki, seçkilərə gedib, legitim və yaxud qeyri-legitim fikir formalaşdırmağa lüzum yoxdur. Bu haqda partiyanın qərarı olacaq. Biz seçkini boykot etmirik. Biz seçkidə müəyyən bir modellə iştirak edəcəyik, bu, müşahidəçi qismində ola bilər. Bizim qərarımız hesab edirəm ki, düzgün qərardır”-deyə partiya sədri vurğulayıb.

Y.Bağırzadə AMİP-in seçkidə başqa bir namizədi dəstəkləməyəcəyini də deyib: “AMİP seçkidə heç bir namizədi dəstəkləməyəcək. Allah hamıya xeyir versin. Milli Şuranın da namizədini dəstəkləməyəcəyik”.(modern.az)


Teqlər:





Xəbər lenti