Təbii fəlakət 14 can aldı

Təbii fəlakət 14 can aldı
  20 Aprel 2017    Oxunub:1633
Kolumbiyanın Manisales şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilirdi.

Təbii fəlakət nəticəsində 22 nəfər itkin düşüb, 23 nəfər xəsarət alıb və azı 70 ev dağılıb.

Hadisə şəhərin ümumilikdə 25 rayonuna ziyan vurub. Faciəyə Kolumbiyada yağan aramsız leysan yağışlarının səbəb olduğu bildirilir.

AzVision.az


Teqlər: Kolumbiya   Fəlakət  





Xəbər lenti