Ermənistanda itən rus hərbçi tapıldı

Ermənistanda itən rus hərbçi tapıldı
  20 Aprel 2017    Oxunub:1443
Bir neçə gün əvvəl Ermənistanda itkin düşmüş Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasnın hərbçisi Dmitri Loşmanov tapılb.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, əsgər Muş rayonu ərzisində olan evlərdən birində aşkar edilib. Hərbçinin sağlam olduğu və bədənində hər hansı xəsarətin olmadığı bildirilir.

Hazırda prokurorluq onun itkin düşməsinin təfərrüatlarını araşdırır.

Qeyd edək ki, Ermənistan polisinin Şirak vilayəti üzrə idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb. Qeyd olunub ki, əsgər Dmitriy Loşmanov aprelin 16-da alış-veriş üçün hərbi hissəni tərk etmiş və bir daha geri qayıtmayıb. Məlumata görə, müqavilə əsasında xidmət çəkən D. Loşmanov ümumi yataqxanada yaşayıb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Rusiya   Gümrü  





Xəbər lenti