"Krım Rusiyanındır, heç kim inkar etməsin" - Fransua Fiyon

"Krım Rusiyanındır, heç kim inkar etməsin" - Fransua Fiyon
  20 Aprel 2017    Oxunub:1244
“Rəsmi Moskva tarixən Rusiya ərazisi olan Krımdan heç vaxt əl çəkməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Fransa prezidentliyə namizəd Fransua Fiyon “Figaro” nəşrinə müsahibəsində deyib.

“Rusiyanın Krımdan gedəcəyi ilə bağlı danışmaq faydasızdır. Bu heç vaxt baş verməyəcək. Krım məsələsinə yanaşmada iki əsas və bir-birinə zidd olan prinsipləri hesaba almaq lazımdır: Sərhədlərə hörmət və xalqların öz müqəddəratını təyin etmə hüququ. Heç kim inkar edə bilməz ki, Krım tarixi, mədəni və dil cəhətdən Rusiyaya aiddir”.

Fiyonun fikrincə Krımdakı vəziyyəti BMT-nin köməkliyi ilə həll etmək olar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Fransa   Krım  





Xəbər lenti