Amerikalı diplomat Trampın Qarabağ mövqeyini açıqladı

Amerikalı diplomat Trampın Qarabağ mövqeyini açıqladı
  20 Aprel 2017    Oxunub:2273
“Bakı və İrəvan yalnız hərbi ritorikanın intensivləşdirilməsində maraqlıdır” AzVision.az xəbər verir ki, bu barədə 1in.am saytına müsahibəsində amerikalı diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç bildirib.
Qlobal siyasətdə Tramp tərəfindən aparılan aktiv siyasətdən danışan keçmiş səfir Qarabağ münaqişəsinə də toxunub. Kozlariç ABŞ siyasətini, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti proqnozlaşdırmağa tələsməyib.

Kozlariç Tramp tərəfindən Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesində iştirakı, aktivliyi, gözlənilməz addımları və hesabatlarının hansı şəkildə olacağına bu şəkildə cavab verib. O, bildirib ki, bu günə qədər ABŞ tərəfi Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların aparılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində Minsk qrupu çərçivəsində iştirakını davam etdirib və bu proses davam edəcək.

"Həm Rusiya, həm də ABŞ rəsmiləri hazırkı təhlükəli vəziyyət haqqında danışaraq bəyan ediblər ki, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapması üçün cəhd etməlidir"- deyə Kozlariç bildirib.

Şahin Qocayev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan   Qarabağ  





Xəbər lenti