"Real" və "Yuventus"un rəqibi məlum oldu

  21 Aprel 2017    Oxunub : 645
"Real" və "Yuventus"un rəqibi məlum oldu

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, püşkatma nəticəsində İspaniyanın "Real Madrid" və "Atletiko" klubları bir-birinə rəqib olub.

Fransanın "Monako" klubu isə İtaliya "Yuventus"u ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyunlar 2-3 mayda, cavab görüşləri isə 9-10 mayda olacaq.

AzVision.az

Teqlər: ÇempionlarLiqası   Püşk