Qələbə günü terror aktı törədəcəkdi
Qeyd olunub ki, 2017-ci il aprelin 20-də Oş Vilayətinin sakini, 1994-ci il təvəllüdlü “S.T” adlı terrorçu saxlanılıb. Həmin şəxs 2013-ci ildə terrorçular tərəfindən ələ alınıb və Suriyaya göndərilib. Həmçinin müəyyən edilib ki, saxlanılan şəxs Suriyada əsirlərin kütləvi edamlarında şəxsən iştirak edib.
Məlumatlara görə, terrorçu Suriyada xüsusi döyüş hazırlığı keçib və müəyyən şəxslərdən MDB ərazisində “Qələbə Günü” münasibətilə keçirilən bayram zamanı terror aktı törətmək tapşırığı alıb.
İlkin Nəcəfzadə
AzVision.az