AZAL “Azadlıq”ı təkzib etdi
Bu xəbəri “Azadlıq” qəzeti yayıb.
Xəbərdə deyilir ki, həmin vaxt orada olan “Azadlıq”ın əməkdaşının bildirdiyinə görə, AZAL şefi “müxalifətçiləri restorana buraxdığı üçün” administratoru kobud ifadələrlə aşağılayıb və işdən çıxaracağı ilə hədələyib.
Ona izah edilib ki, müxalifət liderləri bura tək yox, səfirlərlə birlikdə gəliblər. Lakin bu izahat da C.Əsgərovu qane etməyib. O, yenidən administratoru cəzalandırmaqla hədələyib, üstəlik səfirlərin də ünvanına xoşagəlməz ifadələr işlədib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a açıqlamasında məlumatı təkzib edib. M.Səfərli “Landmark”la C.Əsgərov arasında hər hansı bağlılıq olmadığını söyləyib. Onun sözlərinə görə, əgər belə bir hadisə olsaydı ilk növbədə özü xəbər tutardı: “İnanmıram ki, belə bir hadisə olsun. Yalan məlumatdır. Cahangir müəllimin “Landmark”la əlaqəsi yoxdur. Əgər belə bir şey olsaydı, xəbərim olardı”.
Teqlər: