Hərbi bazaya hücum olub: 50-dən çox insan ölüb
ABŞ hərbi komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas faktı təsdiqləyib: “İlkin məlumata görə, hücumun hədəfi əfqan hərbçilərinin və ola bilsin ki, bazada işləyən mülki şəxslərin toplaşdığı məscid və yeməkxana olub”.
Onun sözlərinə görə, hücum edənlərin bir neçəsi cavab atəşi ilə öldürülüb.
Hücum zamanı ABŞ koalisiyasının hərbi qulluqçularının zərər çəkmədiyi bildirilir.
AzVision.az
Teqlər: Əfqanıstan Taliban Hücum