Sarkisyan vitse-spikeri Gürcüstana səfir göndərir

Sarkisyan vitse-spikeri Gürcüstana səfir göndərir
  22 Aprel 2017    Oxunub:960
Ermənistan prezidenti Serj Sarkisyan parlament sədrinin müavini Hermine Nağdalyanı Yuri Vardanyanın əvəzinə Gürcüstana səfir göndərmək istəyir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Nağdalyan artıq Ermənistan parlamentinin sədr müavini vəzifəsinə təyin edilməyəcək. O, adi deputat kürsüsünü də qəbul etmək istəmir.

Çox güman ki, Nağdalyan Gürcüstana səfir təyin ediləcək. Bu barədə Ermənistanın siyasi dəhlizlərində söz-söhbətlər yayılıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Gürcüstan   Səfir  





Xəbər lenti