Tillerson Lavrova zəng edib

Tillerson Lavrova zəng edib
  22 Aprel 2017    Oxunub:964
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

“Söhbət zamanı Sergey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı çıxmasından təəssüfünü ifadə edib”, - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdə ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tillerson   Lavrov  





Xəbər lenti