Sarkisyan yeni naziri işdən qovur

Sarkisyan yeni naziri işdən qovur
  22 Aprel 2017    Oxunub:1667
Ermənistanın FHN rəhbəri vəzifəsindən uzaqlaşdırılacaq.
AzVision.az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyində keçmiş nazir Armen Yeritsyanın ölümündən sonra struktur daxilində xaos yaranıb. Necə deyərlər, it yiyəsini tanımır.

Yeni nazir Davit Tanoyan ncə bir sıra dəyişikliklər həyata keçirərək, nəqliyyat polis rəisi Arsen Arşakyanı işdən azad edib. Daha sonra yeni nazir işçi heyəti ilə həftəlik məsləhətləşmələri ləğv edib.

Hazırda Sarkisyan onun əvəzinə general Manvel Qriqoryanın yaxın ətrafından olan, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Muşeğ Qazaryanın təyinat etmək istəyir. Məlumatlara görə, Davit Tanoyan Sarkisyanın yeni komandasında yer almayacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti