Sarkisyan seçki saxtakarlarını mükafatlandırıb

Sarkisyan seçki saxtakarlarını mükafatlandırıb
  22 Aprel 2017    Oxunub:2161
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkilərindəki saxtakarlıqda adı hallanan təhsil müəssisələrinin direktorlarından bir neçəsi Respublika partiyasının əsas siyahısına daxil edilib.
AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, Sarkisyan seçkidə ona "səs gətirən" direktorları unutmayıb. İrəvanın 170 saylı məktəb direktoru Anuş Hayryan, İrəvanın 175 saylı məktəb direktoru Anahit Babacanyan, 51 nömrəli uşaq baxçasının direktoru Hranuş Xaçatryan götərdikləri "xidmətlərə" görə hakim partiya sihahısına daxil edilib.

Beləliklə, açıq-aşkar saxtakarlıqla məşğul olan şəxslər Ermənistanda nəinki cəzalandırılır, hətta dövlət başçısı tərəfindən mükafatlandırılır. Fərq etmir, bu şəxslər direktordur və ya müəllim, da fəhlə. Əsas məsələ seçkilərdə saxtakarlıqla məğul olan şəxslərin Ermənistanda dəstəklənməsi, hakim partiya tərəfindən şirnikləndirilməsidir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Seçki   Sarkisyan  





Xəbər lenti