37 illik düşmənçiliyə son qoyuldu

37 illik düşmənçiliyə son qoyuldu
  22 Aprel 2017    Oxunub:1756
37 il əvvəl Kuba və Mərakeş arasında pozulan diplomatik münasibətlər yenidən bərpa olunub.
AzVision.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub. Sənədə iki ölkənin BMT-dəki nümayəndələri imza atıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibət 1980-cu ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra pozulmuşdu.

AzVision.az


Teqlər: Kuba   Mərakeş  





Xəbər lenti