ATƏT-in baş katibi Moskvaya səfər edəcək

ATƏT-in baş katibi Moskvaya səfər edəcək
  22 Aprel 2017    Oxunub:1226
ATƏT-in baş katibi Lamberto Zanyer aprelin 24-də Moskvaya səfər edəcək.
AzVision.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ATƏT sədri Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak edəcək və daha sonra Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

Görüşdə Ukrayna böhranı və ATƏT regionundakı münaqişələrin nizamlanması müzakirə olacaq.

Üçgünlük səfər çərçivəsində Zanyerin KTMT-nin rəhbərliyi ilə görüşü də planlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Rusiya   Moskva  





Xəbər lenti