Eldar Namazov sərbəst buraxıldı

Eldar Namazov sərbəst buraxıldı
  30 Avqust 2013    Oxunub:1114
Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə dörd saat yarımlıq dindirmədən sonra sərbəst buraxılıb.
AzVision.az Müsavat.com-a istinadən xəbər verir ki, saat 19-da musavat.com "EL" hərəkatının İdarə Heyətinin üzvü Zəfər Quliyevlə əlaqə saxlayıb. Politoloq deyib ki, Eldar Namazov 4 saatdır Baş Prokurorluqdadır, vəkildən imtina etmiş vəziyyətdə ifadə verir. Z. Quliyev deyib ki, "EL" rəhbərliyi narahatdır, Eldar Namazovla əlaqə saxlaya bilmirlər; onunla birlikdə prokurorluqda olan sürücü onlara deyib ki, Eldar Namazovdan heç bir xəbər yoxdur...

Saat 19.30-da xəbər gəlib ki, Eldar Namazovu dörd saat yarımlıq dindirmədən sonra sərbəst buraxıblar.



Teqlər:  





Xəbər lenti