Rusiyalı hərbçi Ermənistanda öldürülüb - VİDEO (Yenilənib)

Rusiyalı hərbçi Ermənistanda öldürülüb - VİDEO (Yenilənib)
  23 Aprel 2017    Oxunub:19490
Xəbər verdiyimiz kimi, Ermənistanın Gümrü şəhərində Rusiya hərbi qulluqçusu qətlə yetirilib. TASS-ın yaydığı xəbərə görə, rusiyalı hərbçi aprelin 22-də hərbi hissənin yaxınlığında mülki şəxs tərəfindən bıçaqlanıb.
Hərbçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Ermənistan baş prokurorluğunun mətbuat xidməti qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

***

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgəri qətlə yetirilib.

AzVision.az xəbər verir ki, hərbçi 21 yaşlı Dmitri Yalpayevin meyiti hərbi bazanın yaxınlığında mağazanın qarşısında aşkar edilib.

Meyitin ilk müayinəsi zamanı məlum olub ki, rus hərbçi qətlə yetirilib.

Hazırda faktla bağlı cinayət işi açılıb. Qətlin kim tərəfindən, hansı məqsədlə törədilməsi araşdırılır.



AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Hərbçi   Qətl  





Xəbər lenti