Berlin Almaniyanın ən təhlükəli şəhəridir

TASS xəbər verir ki, keçən il Berlində hər 100 min sakinə 16 min 161 cinayət hadisəsi düşüb. Bu göstərici üzrə Almaniya paytaxtı son illər qanun pozuntularına görə liderlik edən Frankfurt-Mayn şəhərini geridə qoyub.
Almaniyanın ən kriminal ilk üç şəhəri arasında, həmçinin Leypsiq (15 min 811 cinayət) və Hannover (15 min 764 cinayət) də var. Ən təhlükəsiz şəhər statusunu isə artıq neçə illərdir ki, Bavariyanın paytaxtı Münxen daşıyır (7 min 909 cinayət).
Ekspertlər qeyd edirlər ki, 2016-cı ildə Almaniyada cinayətkarlığın ümumi sayı əvvəlki illə müqayisədə 0,7 faiz artıb. Cinayətlərin açılması səviyyəsi isə demək olar ki, dəyişməz qalıb – 56,2 faiz.
AzVision.az